|
Mayın 12-də İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə Gəncə və Yevlax şəhərlərində «Elektron ticarətin təşviqi» ilə bağlı seminarlar keçirilib. İİN-dən verilən məlumata görə, Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) «Ticarət və investisiya islahatlarına dəstək proqramı» layihəsi çərçivəsində keçirilmiş tədbirlərdə İİN-in, Bakı Biznes Tədris Mərkəzinin, nazirliyin Aran və Gəncə-Qazax regional bölmələrinin nümayəndələri və 100-ə yaxın sahibkar iştirak edib. Seminarlarda elektron ticarət və onun əhəmiyyəti, bu sahədə Azərbaycandakı mövcud qanunvericilik, elektron ticarət portallarının xüsusiyyətləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
|