Kaliforniya ştatının qubernatoru Arnold Şvartsenegger Azərbaycanın Los-Ancelesdəki konsulluğunun əməkdaşları ilə görüşüb. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun bildirdiyinə görə, Şvartseneggerə üzərində qubernatorun şəkli olan Azərbaycan xalısı hədiyyə edilib. Xalı Müşfiq Babayev tərəfindən hazırlanıb. Görüş zamanı baş konsul Elin Süleymanov və konsul Elman Abdullayev hər il Respublika günü münasibətilə azərbaycanlılara ünvanladığı təbrikə görə, Şvartseneggerə minnətdarlıq ediblər. Qubernator isə öz növbəsində Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib, Vaşinqtonun Azərbaycanla münasibətləri uzunmüddətli və strateji əsasda quracağına ümidini ifadə edib.
|