|
Yüz illik yubiley tədbirlərini genişləndirən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi “Bizim 100 yaşımız var” layihəsi çərçivəsində tədbirlər silsiləsinə müxtəlif rayonlara səfərləri də daxil edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Gəncədə, Salyanda, Yevlaxda, Şəkidə uğurla çıxış edən kollektiv mayın 5-də Neftçala rayonunda tamaşaçılarla görüşəcək. Burada xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası nümayiş olunacaq. Neftçala səfərindən sonra başqa rayonlarda da görüşlər nəzərdə tutulur.
|