|
Xalq artisti Alim Qasımov növbəti səfərinə hazırlaşır. Xanəndənin Milli.Az xəbər portalına bildirdiyinə görə, səfərə həmişə olduğu kimi qızı Fərqanə Qasımova və onu müşayiət edən 4 nəfərdən ibarət musiqiçi heyəti ilə yollanacaq. Onun yola düşəcəyi şəhər öncə Fransadır. «Səfər mayın ortalarına təsadüf edəcək. Əvvəlcə Fransada bir günlük konsert proqramımız keçiriləcək. Daha sonra birlikdə Romaya yollanacacıq. Burada da geniş konsert proqramı ilə çıxışımız planlaşdırılıb. Repertuara həmişə olduğu kimi muğamlar və xalq mahnıları daxil etmişik» - deyə Alim Qasımov bildirdi.
|