|
Məhkumluq həyatı yaşayan Rəşad Həsənovun bu hədəsi onun həbsi ilə nəticələnib
Aprelin 25-də saat 02.30 radələrində, Keşlə Dəmir Yolu Stansiyasında qeyri-adi hadisə yaşanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Rəşad Həsənov sərxoş halda Biləcəri Lokomotiv Deposuna daxil olub. O, depoya məxsus teplovoza oturub maşinist Rəfayel Cəfərovu, onun köməkçisi Tofiq Zeynulini və qatar tərtibatçısı İdris Səmədovu bıçaqla hədələyərək teplovozu Saatlı rayonuna sürməyə tələb edib. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov tutulub. Faktla bağlı araşdırma aparılır.
|