|
Zəhərlənənlərdən biri Türkiyə vətəndaşıdır
Son günlər respublikamızda dərmandan zəhərlənmə halları artıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, zəhərlənənlərdən biri Türkiyə vətəndaşı olub. Belə ki, Səbail rayonu ərazisindəki Böyük qala küçəsindən, orada kirayədə yaşayan Ataman Salih İslam Sadik oğlu dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Abşeron rayonu Ceyranbatan qəsəbə sakini Elşad Babazadə evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Suraxanı rayonu Əmircan qəsəbə sakini Rufanə Talıbova da evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Hər üç faktla bağlı araşdırmalar aparılır.
|