|
Cahangir Xanlarinin meyiti mənzilində aşkarlanıb
Şirvan şəhərində ağır qətl hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, aprelin 25-də saat 22.20 radələrində Şirvan şəhər sakini Cahangir Xanlarinin meyiti mənzilində aşkarlanıb. C.Xanlari çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Faktla bağlı cinayət işi başlanılıb və Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
|