|
Aprelin 25-də yenidən bomba həyəcanı yaşanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saat 10.40, 10.42 və 10.50 radələrində naməlum şəxs FHN-nin "112" xidmətinə zəng edərək "Şamaxıya bomba qoymuşam", "Əsgərlərin yanına bomba qoymuşam" deyib, daha sonra operatoru təhqir edib. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb. Dərhal həyata keçirilən əməliyyat tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb. Faktla bağlı araşdırmalar aparılır.
|