Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
KİV-in ilk mənbə ilə işləməsində irəliləyişlər var
Qəzetlərdə isə fərdi xəbər istehsalı aşağı səviyyədədir

Dünən Zərdabi Mətbuat Mərkəzi (ZMM) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı "Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək" layihəsi çərçivəsində "Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları" mövzusunda Dəyirmi masa keçirdi. Tədbiri açan ZMM sədri Rəhim Hüseynzadə bildirdi ki, layihədə əsas məqsəd Azərbaycanda ilk mənbədən informasiya almaq sahəsindəki vəziyyətin monitorinqini aparmaqla bununla bağlı tendensiyaları izləmək, nəticələrlə mütəmadi olaraq müvafiq yerli və beynəlxalq qurumları, ictimaiyyət nümayəndələrini və KİV-ləri tanış etmək, yurnalistlərin ilk mənbədən informasiya almalarını stimullaşdırmaq, onların biliklərinin dərinləşməsinə nail olmaqdır. Layihə çərçivəsində 22-si qəzet, 8-i informasiya agentliyi və xəbər portalı olmaqla ümumilikdə 30 KİV-in monitorinqi aparılıb. Seçim zamanı KİV-lərin ölkənin ictimai rəyinə təsir göstərmə və onu formalaşdırma amili əsas götürülüb. R.Hüseynzadə monitorinq nəticəsində müəyyən olunan bir sıra xüsusiyyətlər barədə də məlumat verdi. O, ötən illərlə müqayisədə KİV-lərdə ilk mənbə ilə işləmək sahəsində nəzərəçarpacaq irəliləyişlərin olduğunu bildirdi. Bununla belə, bir sıra problemlər də qalmaqdadır. Onların içərisində ilk mənbədən əldə edilən məlumatların bəzi qəzetlərdə şərhlə təqdim edilməsidir ki, bu zaman oxucu materialın məğzinin nədən ibarət olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Bir sıra KİV-lərdə müəllifin mövqeyinin xəbər kimi təqdim edilməsi tendensiyası hökm sürür. Nəzərə çarpan digər cəhət məlumatların sərlövhələrindəki yanlışlıqla bağlıdır. Monitorinqi aparılan KİV-lərin müəyyən qismində sərlövhələr mətndə ifadə edilən məzmuna uyğun gəlmir. Mövcud meyil peşə prinsiplərinin pozulmasına da səbəb olur. ZMM sədrinin sözlərinə görə, monitorinq eyni zamanda müəyyənləşdirib ki, ölkənin aparıcı KİV-ləri, xüsusən də qəzetlər üçün başqa KİV-lərin materiallarından istifadə faizi yüksəkdir: "Bu isə onlarda sərbəst yaradıcılıq imkanlarının və fərdi xəbər istehsalının aşağı olduğunu söyləməyə əsas verir". İnformasiya agentlikləri və xəbər portallarında isə ilk mənbədən xəbər əldə edilməsi ilə bağlı göstəricilər yüksəkdir. Onlar daha çox xarici KİV-lərin materiallarına istinad edirlər ki, burada da kütləvilik müşahidə olunmur.
Monitorinqdə KİV-lərin balans prinsipinə necə riayət etdiklərinin də əksini tapdığını bildirən R.Hüseynzadə mövcud sahədəki ümumi tendensiyalardan da danışdı: "Qəzetlər informasiya agentlikləri və xəbər portallarına nisbətən tərəfsizliyə daha az riayət edirlər. Xüsusən bu və ya digər siyasi qurumlara yaxınlığı ilə seçilən mətbu nəşrlərin materiallarında peşə etikasının bu tələbi pozulmaqdadır. İnformasiya agentlikləri və xəbər portalları üçün xarakterik xüsusiyyət eyni xəbərdə tənqid hədəfi kimi seçilən şəxsin fikirlərini işıqlandırmama, yalnız ona əks düşərgədə duran şəxsin mövqeyinin dərcidir. Maraqlı cəhət isə digər xəbərdə tənqid hədəfinin özünə müraciət edilməsi və bu yolla KİV-in tərəfsizliyini qorumağa cəhd göstərməsidir. Halbuki tam mümkündür ki, bəlli vaxtda bir nəfər haqqında tənqidi fikri eşidən oxucu sonradan sayta baxmasın və beləliklə də onda birtərəfli rəy formalaşsın".
Monitoriqin gedişində materialları araşdırılan KİV-lərlə əlaqə yaradılaraq onların sentyabr ayı ərzində informasiya mənbələrinə müraciət göstəriciləri barədə də məlumat əldə edilib. Məlum olub ki, KİV-lərin şifahi və yazılı sorğularına əlaqədar instansiyalar tərəfindən cavab verilməsi sahəsindəki vəziyyət ötən illərlə müqayisədə müsbət istiqamətə dəyişib. Bununla belə, bir sıra qəzetlərin ünvanladıqları informasiya sorğularına münasibətdə laqeydlik halları qalmaqdadır. Müxtəlif KİV-lərin sentyabr saylarında gedən materiallarında müraciət edilən informasiya mənbəyinin məlumat verməkdən imtina etdiyinə dair fikirlər də yer alıb ki, ZMM bununla əlaqədar araşdırmalar aparır və qarşıdakı Dəyirmi masalarda məsələ ətraflı müzakirə ediləcək.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 30.10.09 | Baxılıb: 412

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •