|
Son vaxtlar dərmandan zəhərlənmə ilə bağlı faktların sayı artıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Neftçala şəhər sakini Rəqibə Vahidova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Gəncə şəhərində isə şəhər sakini Məsmə Rüstəmbəyli evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin vəziyyəti qənaətbəxşdir. Hazırda araşdırmalar davam etdirilir.
|