Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Eurovision"da dəyişikliklər
Müsabiqənin bu il daha bir debütantı ola bilər

"Eurovision-2010" müsabiqəsinə 6 aya yaxın vaxt qalsa da, iştirakçı ölkələrdə artıq seçim turlarına start verilib. Xatırladaq ki, Azərbaycanda aparılan seçim turunda 10-dan çox namizəd seçilib. Onlardan birinin adı noyabrın birinci ongünlüyündə açıqlanacaq və o, mayda Osloda keçiriləcək müsabiqədə Azərbaycanı təmsil edəcək. APA xəbər verir ki, 55-ci yubiley müsabiqəsi olacaq yarışmanın keçiriləcəyi tarixlər həm də Norveçin dövlət bayramları ərəfəsinə təsadüf edir. Dəqiq rəqəm bəlli olmasa da, Norveçin NRK telekanalının araşdırmasına əsasən, müsabiqənin təşkilinə 24 milyon avro xərclənəcək. Hazırda Avropa Yayım Birliyində (EBU) müsabiqənin qaydalarına bir sıra dəyişikliklər müzakirə olunur. "Eurovision-2010" müsabiqəsində rəsmən 27 ölkənin iştirak edəcəyi təsdiqlənsə də, bu il müsabiqənin daha bir debütantı ola bilər. Belə ki, Lixtenşteynin 1FL televiziyası da iştirak üçün öz namizədliyini təqdim edib. AYB bu ölkənin müsabiqədə iştirak edib-etməyəcəyinə bu ilin dekabrında qərar verəcək. Gələn il İtaliya, Lüksemburq və San-Marino müəyyən fasilədən sonra yenidən yarışmaya qatılacaq. Ötən il siyasi səbəblərdən Moskvada keçirilən müsabiqədə iştirak etməyən Gürcüstan da Norveçdə təmsil olunacaq. Bununla yanaşı, "Eurovision-2010"-da yer almaq istəməyən ölkələr də var. Bu siyahıda Andorra, Ermənistan, Litva və Estoniya var. Əsasən maliyyə böhranına görə müsabiqədən imtina etmək fikrində olan bu ölkələr son qərarlarını bu ilin dekabrında açıqlayacaqlar. Həmçinin "Eurovision-2010" müsabiqəsində iştirak etməyəcəklərini açıqlayan ölkələr Macarıstan, Monako və Çexiyadır.
Qeyd edək ki, gələn ildən etibarən Avropa Yayım Birliyi bütün iştirakçı ölkələr üçün yeni qayda tətbiq etmək qərarını verib. Bundan sonra müsabiqə ərəfəsində hər hansı ölkədə gizli səsvermə aparılmazsa, buna görə məsuliyyət birbaşa təşkilatçı teleşirkətin üzərinə düşəcək. Avropa Yayım Birliyi və Məşvərət Şurası qərara gəliblər ki, səsvermənin anonimliyini poza biləcək məlumatların açıqlanmasına görə iştirakçı yayım şirkəti məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi iradəsinə hörmət prinsipini təminat altına almağa yönəlib. Bu baş verməzsə, Avropa Yayım Birliyi qaydanı pozan teleşirkətə sanksiya tətbiq edə bilər.
Ötən yarışmada təkcə final mərhələsində müsabiqə iştirakçılarına səs vermək hüququ qazanan münsiflər heyəti gələn ildən etibarən yarımfinallarda da səs verə biləcək. Hər iki yarımfinal və bir final mərhələsində təyin olunacaq münsiflər heyəti 50 faiz səs hüququna malik olacaq. Artıq məlum olan digər yenilik isə bundan ibarətdir ki, tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmayacaqlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin SMS nömrəsinə səs göndərə biləcəklər.
"Eurovision-2010" müsabiqəsinə ciddi hazırlaşan Azərbaycanın aidiyyəti qurumları müsabiqə təmsilçisinin seçilməsi üçün milli seçimləri davam etdirirlər. Azərbaycanın müsabiqə üzrə təşkilat komitəsindən bildirilib ki, yarışmaya qatılmaq istəyən gənc sənətçilərin müraciətləri nəzərə alınaraq milli seçim turundan əlavə seçim turu keçirilib. Bundan öncə olan dinləmə kimi bu dəfə də qatılanların çıxışları lentə alınıb, onların fikirləri dinlənilib və yeni namizədlərlə söhbətlər aparılıb. Azərbaycanın "Eurovision-2010" müsabiqəsindəki təmsilçisi yerli münsiflər heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə müəyyənləşdiriləcək.
Xatırladaq ki, 2010-cu il mayın 25-də və 27-də Norveçin paytaxtı Osloda "Eurovision" müsabiqəsinin yarımfinalları, mayın 29-da isə finalı keçiriləcək.
S.İBRAHİMOVA
+  -  Çap 
Yerləşdirilib: 30.10.09 | Baxılıb: 321

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •