|
Onun növbəti konsertində yeniliklər olacaq
Meyxanaçı Namiq Qaraçuxurlu indi də rep deməyə hazırlaşır. O bildirib ki, yaxın zamanların birində konsert proqramı ilə çıxış etməyi planlaşdırır. Maraqlı və qeyri-adi repertuar seçən meyxanaçı tamaşaçısını təəccübləndirmək istəyir. Müxtəlif yanrlarda özünü yoxlayan Namiq Qaraçuxurlu repin onda uğurlu alındığını və bunu geniş tamaşaçı qarşısında sərgiləməyi düşünür: "Ötən konsertimdə yenilik olaraq kiçik muğam parçası oxudum və bu, geniş yayıldı. Növbəti yenilik olaraq rep oxumaq qərarına gəldim. Gizlində özümü sınamışam və bunun uğurlu alındığı qənaətinə gəlmişəm. Amma insanlar düşünməsinlər ki, rep mənim yaradıcılıq həyatıma yol açır, yox. Bunu sadəcə yenilik və maraqlı olsun deyə edirəm. Mənim əsl sənətim meyxanadır". Konsert proqramının hazırlığını sürətlə davam etdirən meyxanaçı tarixi barədə yaxın günlərdə açıqlama verəcəyini bildirib.
|