Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənipərəst siyasətin iflası
Aprelin 22-də Ermənistan prezidentinin Serj Sarkisyanın Sürix protokollarının ratifikasiya prosedurunu birtərəfli şəkildə dayandırması istər Amerikanın, istərsə də Avropa Birliyinin regiona yönələn siyasətin fiaskosu kimi qiymətləndirilə bilər. Proseslərin indiki durumundan birmənalı nəticələr çıxarmaq mümkündür:

1. Sarkisyan bu addımını ölkəsinin «milli maraqlarının tələbi» ilə izah edib. Nədir Ermənistanın mili maraqları? Buna aydınlıq gətirmək üçün Ermənistan prezidentinin Amerikada nüvə samitində iştirakına və bundan sonra etdiyi diplomatik gedişlərə nəzər salmaq kifayət edər. Obamanın dilindən «soyqırımı» ifadəsini eşitməyəcəyinə və baş nazir Ərdoğanın Dağlıq Qarabağ şərtindən heç cür geri çəkilməyəcəyinə əmin olduqdan sonra dərhal Fransa, bunun ardınca isə Rusiyaya səfərlər etdi. İlk baxışda belə təəssürat yaranırdı ki, o, Vaşinqtonda əldə olunmuş hansısa mühüm razılaşmanı ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan rəsmi Paris və Moskva ilə müzakirə edir. Ancaq Sürix protokollarının ratifikasiya prosedurunun dayandırılması barədə sərəncam «aysberqin görünməyən tərəfi»nə işıq saldı. Deməli, Obama administrasiyasının əsirgəmədiyi dəstəyinə baxmayaraq, Ağ Evin Ermənistana bəslədiyi ümidləri alt-üst oldu.


2. Bu qərar rəsmi Ermənistanın müstəqil siyasət yürüdə bilmədiyinin, xüsusən də diasporanın artan təzyiqlərinə tab gətirməməyinin bariz nümunəsidir. Saxtakarlıq, həmçinin qan tökülməsi yolu ilə prezident kürsüsünü mənimsəyən Sarkisyan və onun korrupsioner rejimi ilə diaspora arasında dərin bir uçurum yaranmışdı. Sirr deyil ki, Cənubi Qafqazın ən kasıb ölkəsi kimi Ermənistan ciddi maliyyə resurslarına malik diasporanın müntəzəm dəstəyi olmadan bir dövlət kimi sıradan çıxa bilər. Digər tərəfdən, xalqın etimadını qazanmayan, ölkə daxilində dəstəyə malik olmayan Sarkisyan rejimindən ciddi siyasi qərar gözləmək sadəlövhlükdür. Bu Ermənistanın onun ayrı-ayrı diaspor təşkilatlarından və Qafqazda maraqlarını təmin etməyə çalışan beynəlxalq güclərin əlində oyuncağa çevrildiyini göstərir.


3. Belə bir addımın atılması beynəlxalq müstəvidə Ermənistanın qeyri-ciddi dövlət imicini bir daha təsdiqlədi. Yaxın tarixə nəzər salsaq, bütün prinsipial məqamlarda Yerevanın ciddi addım atmaqdan çəkindiyinin, sanki böyük dirijorun işarəsini gözlədiyinin şahidi olarıq. Bu, 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair çərçivə sazişinin imzalanması perspektivləri artarkən özünü göstərdi. Parlamentdəki analoqu olmayan qanlı terrordan sonra rəsmi Yerevan danışıqlar prosesində o vaxta qədər əldə olunmuş bütün nəticələrdən geri çəkildi. Hazırda ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən Madrid prinsiplərinə münasibətdə də eyni rəftarın şahidi oluruq. Ermənistanın qeyri-müəyyən və qətiyyətsiz mövqeyi Madrid prnisiplərinin gələcək taleyini də şübhə altına alır.


4. Faktiki olaraq, beynəlxalq güclərin təsiri ilə başlamış Türkiyə-Ermənistan danışıqlarını pozulmasına beynəlxalq reaksiya da çox qəribə oldu. İstər Avropa Birliyi, istərsə də Amerika Birləşmiş Ştatları bu prosesin əsas təşəbbüskarı və stimulvericisi rolunda çıxış edirdi. Amma protokolların ratifikasiyasının birtərəfli şəkildə dayandırılmasına, özü də bu addımın Ermənistan prezidentinin Vaşinqton-Paris-Moskva səfərlərindən sonra atılmasına beynəlxalq səviyyədə reaksiya təəccüb doğurmaya bilməz. Amerika Sarkisyanın bu qərarının onun üçün sürpriz olmadığını, Fransa isə danışıqların bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirdi. Əslində isə bu, həm Amerikanın, həm də Avropa Birliyinin ermənipərəst siyasətinin iflasa uğradığını göstərir
Hazırkı situasiya bir daha göstərir ki, Ermənistan bundan sonra da nə Türkiyə ilə münasibətlərdə, nə də Qarabağ münaqişəsinin sülh yolu ilə həllində konstruktiv mövqe tutmayacaq. Proseslər eyni zamanda Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə və sarsılmaz olduğunu bir daha göstərdi. Bu proses həm də onu sübut edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə edilməsə və Azərbaycanın milli maraqları nəzərə alınmasa, Cənubi Qafqazda süni şəkildə tətbiq edilən hər hansı nizamlama prosesi əhəmiyyətsizdir, heç bir nəticə verməyəcək. Azərbaycanın milli maraqlarını hər şeydən yüksəkdə tutan Azərbaycan prezidenti İlham Əliyev əsl siyasi liderə xas olan iradə, uzaqgörənlik nümayiş etdirərək dövlətimizin mənafelərinə zidd siyasətin həyata keçirilməsinə imkan vermədi. Azərbaycan prezidentinin Türkiyəyə səfərdən və ABŞ prezidenti Obama ilə görüşdən imtina etməsi bunun əyani sübutudur. Sübut olundu ki, iki qardaş ölkə arasında münasibətlərin korlanmasına istiqamətlənmiş istənilən cəhd iflasa məhkumdur.
+  -  Çap 
Yerləşdirilib: 24.04.10 | Baxılıb: 453

21.04.12
Anardan demək
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •