Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əvvəl referendum, sonra seçki
Müvəqqəti hökumətin Qırğızıstanı parlamentli respublikaya çevirmək niyyəti qətidir

Qırğızıstanda müvəqqəti hökumət rəhbərinin Konstitusiya islahatları üzrə müavini Omurbek Tekebayev dövlət televiziyası ilə çıxışında bəyan edib ki, ölkədə prezident seçkisi bu il oktyabrın 10-da keçiriləcək. O.Tekebayev bildirib ki, prezident seçkisinə qədər Konstitusiya referendumu da olacaq. Referendum iyunun 27-nə təyin edilib.
Tekebayev bildirib ki, yeni hökumət parlament respublikası yaratmağı planlaşdırır. Qırğızıstanda sonuncu prezident seçkisi 2009-cu ilin yayında keçirilib.
Qırğızıstanda müvəqqəti hökumətin qərarı ilə ölkəyə yeni təyin olunan daxili işlər nazirinin adı açıqlanıb. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu dəfə daxil işlər naziri Bakıt Alımbekov təyin olunub. Qeyd edək ki, bir qədər öncə müvəqqəti hökumət nümayişçilərin tələbi ilə Bakıt Alımbekovu daxil işlər naziri təyin etmişdi. Lakin sonradan müvəqqəti hökumət bu məlumatı təkzib edərək bildirmişdi ki, daxili işlər naziri B.Şerniyazovdur. "Müvəqqəti hökumət hərtərəfli və qərəzsiz araşdırma işinə başlamalıdır". Bunu Qırğızıstandakı zorakılıqla bağlı insan haqları üzrə Human rights Watch təşkilatı bəyan edib. ABŞ-da mənzillənən təşkilat ilkin araşdırmasının nəticələri ilə bağlı keçid hökumətini tanış edib. «Hadisələr Qırğızıstanın müasir tarixində siyasi zorakılığın ən ciddi halı olub" - deyə təşkilatın nümayəndəsi Andrea Berg vurğulayıb. Kütləvi çıxışları şərh edən insan haqları üzrə təşkilat hökumətin nümayişçilərə qarşı odlu silahdan istifadə etdiyini söyləyib: «Beynəlxalq hüquqa görə, ölümcül silahlar yalnız başqa çıxış yolu olmayanda istifadə oluna bilər». Lakin kütləvi etirazlar vaxtı bir neçə epizodda məhz belə bir vəziyyətin yarandığını demək qeyri-mümkündür. Təşkilat hökumət evinə doğru gedən silahsız yaşlı kişinin güllələnməsini misal çəkir. Hərçənd ki, hüquq müdafiəçiləri vəziyyətin gərginləşməsində etirazçıların da rolunun olduğunu qeyd edirlər. Misal üçün nümayişçilər təhlükəsizlik qüvvələrindən odlu silah alaraq onu hökumət qüvvələri əleyhinə istifadə ediblər: «Hücum nəticəsində yüzlərlə məmur xəsarət alıb». Təşkilatın açıqlamasında ölkədəki vəziyyət gərgin kimi dəyərləndirilir.
Yeri gəlmişkən, Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin qardaşlarından biri Əhməd Bakiyev yoxa çıxıb. Bu barədə onun digər qardaşı Kanıbek Bakiyev bildirib. Onun sözlərinə görə, Əhməd aprelin 21-də günorta kiminləsə görüşmək üçün naməlum istiqamətdə gedib: “Təxminən saat 18:00-da mənə zəng etdi və ancaq bir kəlmə deyə bildi: “Qardaş...” Bu zaman telefonda atəş səsləri eşitdim”. Hələlik Əhməd Bakiyevin taleyi ilə bağlı məlumat yoxdur. Qohumları onun girov götürüldüyünü istisna etmirlər. Kanıbek bildirib ki, qardaşının öldürüldüyünü də istisna etmir: “Yeni hökumətin nümayəndələri onu görüşə çağırdılar. Guya ki, prezidentə çatdırmaq üçün hansısa məlumatı verəcəkdilər. Bir saat ərzində onunla telefonla danışırdım. Hər şey normal idi. Amma sonra yenidən danışmaq cəhdimiz baş tutmadı. Telefonda səs-küy və 2 atəş səsi eşitdim. Bundan sonra onun telefonu birdəfəlik susdu”.
Milis orqanları hadisə ilə bağlı heç bir məlumata malik olmadıqlarını bildiriblər. Onların sözünə görə, Əhməd Bakiyevin qohumları onlara müraciət etməyib.
+  -  Çap 
Yerləşdirilib: 23.04.10 | Baxılıb: 203

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •