Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rüfət Axundlu. Ağlama ürəyim
Göz  yaşı  sənin yox,  gözümün olsun,

Ağlama ürəyim, ağlama daha!

Bir azca səbr elə, dözümün olsun,
Ağlama ürəyim, ağlama daha!

Bir vaxtlar heç səni yoran yoxuydu,

Köksünə bir naxış vuran yoxuydu.

Vaxt vardı əzmini qıran yoxuydu,

Ağlama ürəyim,  ağlama daha !


Neyləyək, olmadı arzuların çin,

Sönmədi atəşin, yandın günbəgün.

Sənə tay olmayan o daş ürəkçün,

Ağlama ürəyim, ağlama daha!

Aşkar ağlamağa ar eyləyirsən,

Xəlvətdə gözünü kor eyləyirsən.

Ağlayıb yerini dar eyləyirsən,

Ağlama ürəyim, ağlama daha!


Körpə arzuların boy atan vaxtı,

Bu əzab, bu həsrət sonuna çıxdı.

Hanı, heç  səninçün ağlayan yoxdu?

Ağlama ürəyim, ağlama daha!

Gələcək, işıqlı səhərimiz var,

Hələ də qüvvəmiz, təpərimiz var.

Səninlə bir ömür səfərimiz var,

Ağlama ürəyim, ağlama daha!
+  -  Çap 
Yerləşdirilib: 23.04.10 | Baxılıb: 483

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •