Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Benzin oğurlamaqda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Təqsirləndirilən şəxslərdən 6 nəfər azadlıqdan məhrum edilib, 4 nəfər isə şərti cəza alıb

Aprelin 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə benzin oğurlamaqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sabiq əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov, “Kompaniya FF” MMC-nin rəhbəri Fikrət Qasımov, onun qardaşı Fərhad Qasımov, Rövşən Məmmədov, İlqar Salayev, Xanlar Quliyev, İlham Həsənov, Elxan Hüseynov, Əlixan Hüseynov və Knyaz Əliyev cavab verib.  Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 177.3.1-ci (oğurluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 177.3.2-ci (küllü miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar. İttihama görə, dəstə üzvləri cinayət əlaqəsinə girərək, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurlayıblar. Onlar yeraltı boru xətti vasitəsilə avtomobillərlə Aİ-95 markalı benzin oğurlayaraq satmaqla məşğul olublar. Təqsirləndirilən şəxslər 2009-cu ilin avqustunda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən tutulublar.
Məhkəmənin hökmü ilə Rövşən Məmmədov 8 il 3 ay, Fərhad Qasımov 6 il, Xanlar Quliyev 6 il, İlqar Salayev 4 il, Natiq Aslanov 2 il, Fikrət Qasımov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən İlham Həsənov, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyev isə 2 il şərti cəza ilə məhkəmə zalından azad ediliblər.
+  -  Çap 
Yerləşdirilib: 09.04.10 | Baxılıb: 216

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •