|
Hadisə ailə münaqişəsi zəminində baş verib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə oğlunu qətlə yetirməkdə təqsirləndirilən atanın məhkəməsi başlayıb. Məhkəmə qarşısında Gəncə sakini Kamal Nəcəfov cavab verib. İttihama görə, Kamal Nəcəfov 2009-cu ilin dekabr ayında oğlu Sirac Nəcəfovu güllələyib. Aldığı güllə yarasından Sirac Nəcəfov hadisə yerində keçinib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Kamal Nəcəfov həbs edilib. Müəyyən edilib ki, Sirac Nəcəfov əsgərlikdən təzə qayıdıb və evdə olanlarla tez-tez mübahisə edib. Mübahisə isə ailəsi tərəfindən istəmədiyi qızla evləndirilməsi ilə baglı olub. Baş verən mübahisələrin birində ata oğlunu güllə ilə vuraq öldürüb. İlkin ifadəsində Kamal Nəcəfov elan olunan ittiham üzrə özünü təqsirli bilib.
|