|
İndi "binkirlər"i çempionluğa ən real namizəd saymaq risklidir
Azərbaycan Premyer Liqasının həftəsonu baş tutan qarşılaşmalarından sonra turnir cədvəlində vəziyyət nisbətən dəyişdi. Bu fikri hər iki "altılığ"a şamil etmək olar. Artıq "İnter"i çempionluğa ən real namizəd saymaq risklidir. Belə ki, son turda "bankirlər"in "ev"də xal itirməsi "Bakı" və "Xəzər Lənkəran"ın şansını artırdı. Turun mərkəzi qarşılaşmalarından olan "İnter" - "Bakı" duelində qalib müəyyənləşmədi. Son çempion "bankirlər"i məğlub edə bilsəydi, qızıl medallar uğrunda mübarizə daha kəskin xarakter alacaqdı. Belədə birincilik uğrunda 3 komanda şanslı sayılacaqdı. Düzdür, "Bakı" ötən turla müqayisədə bir pillə irəliləyərək 3-cü yerə qalxdı. Ancaq titulunu qorumaq baxımından liderlə xal fərqini azaltmaq vacib idi.
Xəzər Lənkəran - Qarabağ (Ağdam) 2:1 (1:0) İ.Tsvetkov, 45-p. M.Souza, 54 - G.Adamiya, 62.
Qurban Qurbanov: "Çox maraqlı və rəngarəng matç oldu. Azarkeşlər futbol adına çox şeydən zövq aldı. Matça gözəl başladıq, epizodlar yaratdıq. Hər şey gözəl getdiyi vaxtda Maksim özünə yaraşmayan səhvə yol verib Tsvetkovu yıxaraq rəqibə penalti qazandırdı. Belə oyunlarda bu cür səhvlər həlledici olur. Sonra yenə kobud səhv nəticəsində ikinci qolu buraxdıq. Fərqi azaltdıq, rəqibi qapısına doğru sıxışdırıb imkanlar qazansaq da, alınmadı. Elə rəqibin də əlavə qol şansları oldu. Komandanın düşdüyü durumun səbəbini tapıb uğursuzluq seriyasını dayandırmalıyıq". Heftçi (Bakı) - Qəbələ 1:2 (0:1) R.Abdullayev, 63 - M.Antiç, 35. T.Stolpa, 90+5. Ramiz Məmmədov: "İki eyni xarakterli hissə oldu. "Heftçi" avrokuboklara vəsiqə uğrunda mübarizə apardığından oyunun gərgin keçəcəyini bilirdik. Onu da bilirdik ki, rəqib qələbə qazanmaq üçün irəli atılacaq. Biz də məhz bundan yararlanıb əks-hücumlardan qol vurduq. Hamiq Əliyev daxil olmaqla, 5 zədəli futbolçumuz olsa da, qələbə qazandıq. Bu qələbəni məhz onlara həsr edirik. Çox təəssüf ki, "Heftçi"nin futbolçusu "feyr-pley" qaydalarına riayət etmədi. top yan xətdən çıxarılmalı və onu bizim futbolçular oyuna daxil etməliydi. Ancaq həmin oyunçu hücuma üstünlük verərək "ədalətli oyun" qaydalarını pozdu. Sağ olsun ki, "Heftçi"nin kapitanı sonradan bizdən buna görə üzr istədi. Amma bu qaydaları futbolçulara izah etmək biz məşqçilərin üzərinə düşür". Arif Əsədov: "İlk 15 dəqiqə ərzində hesabı açmaq üçün imkanlarımız oldu. Təəssüf ki, buna nail ola bilmədik. "Qəbələ" bizi əks-hücumlarda yaxaladı. Heç-heçə bizim üçün məğlubiyyətə bərabər olduğundan irəli atıldıq. Əfsuslar olsun ki, müdafiəçilərimizin kobud səhvi ucbatından ikinci qolu qapımızda gördük. Oyunun hakiminin tempi öldürdüyünü də deməliyəm. Ancaq hələ heç nə itirilməyib və mübarizə irəlidədir".
"İnter" (Bakı) - "Bakı" 1:1 (1:1) S.Yunisoğlu, 17-öz qapısına - Yaba, 1. Məqsəd Yaqubəliyev: "Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçular tapşırıqları yerinə yetirməyə çalışdı. Oyunçularımızın hər birindən razı qaldım. Yeganə çatışmayan cəhətimiz qol epizodlarından yararlana bilməməyimizdir. Oyun istədiyimiz kimi keçdi. Referi oyunun tempini aşağı salırdı. Yan xətt hakimiylə baş hakim arasında anlaşılmazlıq diqqətdən qaçmadı. Konkret Venyonun təkbətək çıxdığı epizodda referi məsuliyyəti üzərinə götürdü".
Karvan (Yevlax) - Standard (Sumqayıt) 1:2 (0:1) X.Məmmədov, 65 - F.Quliyev, 33. G. Seturidze, 68 Olimpik-Şüvəlan (Bakı) - Turan (Tovuz) 4:1 (3:0) A.Doroş, 2; 41; 44. A.dos Santos, 62 - H.Həbiyev, 85. Simurq (Zaqatala) - Muğan (Salyan) 1:0 (1:0) E.Məmmədov, 16.
1-6-cı yerlər uğrunda
1. İnter 14 6 5 3 15-13 23 2. Xəzər Lənkəran 14 5 7 2 14-7 22 3. Bakı 14 4 5 5 12-12 17 4. Heftçi 14 3 7 4 9-9 16 5. Qarabağ 14 3 7 4 9-12 16 6. Qəbələ 14 3 5 6 13-19 14
7-12-ci yerlər uğrunda
1. Simurq 14 7 5 2 17-10 26 2. Olimpik-Şüvəlan 14 7 4 3 22-13 25 3. Turan 14 5 5 4 20-19 20 4. Muğan 14 4 5 5 8-9 17 5. Standard 14 4 3 7 13-19 15 6. Karvan 14 1 6 7 10-20 9 Bombardirlər: Anatoli Doroş (Olimpik-Şüvəlan), Adrian Hyaqa (Heftçi) - 11.
|