Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Musiqiçilərimiz Ukraynada silsilə konsertlər veriblər
Əyyub Quliyev: "Bu konsertlərdə də hiss etdim ki, tara maraq böyükdür"

Beynəlxalq müsabiqələr laureatı, diriyor Əyyub Quliyev bu günlərdə Ukraynadan səfərdən qayıdıb. Diriyorun sözlərinə görə, sözügedən ölkədə Azərbaycanın Müstəqillik günü ilə bağlı silsilə konsertlər verib. Konsert Ukraynanın Donetsk və Kiyev şəhərlərində keçirilib.
Əyyub Quliyevin sözlərinə görə, Donetsk Dövlət Opera Teatrında baş tutan ilk konsertin təşkilatçısı Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyi olub. Azərbaycanın Ukraynadakı səfirliyi isə konsertə təşkilati dəstək verib: "Konsertdə mənimlə bərabər tarzən, professor Ramiz Quliyev, muğam ifaçısı Elməddin İbrahimov və kaman ifaçısı Mərkəz Əliyev də iştirak edirdi. Konsertdə məqsəd həm klassik, həm də milli musiqini təbliğ etmək olub". Konsertdə Azərbaycanın dahi sənətkarlarından Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun simfonik orkestr üçün yazılmış ən parlaq əsərləri səslənib.
Əyyub Quliyevin əlavəsinə görə, Kiyev konserti isə Dövlət Akademik Opera Teatrında keçirilib. Bu konsertdə iki diriyor iştirak edib. Əyyub Quliyevin sözlərinə görə, bu konsertin əsas təşkilatçısı Azərbaycanın Ukraynadakı səfirliyi olub: "Təşkilati dəstək isə Heydər Əliyev Fondu, Azərbaycan və Ukraynanın Mədəniyyət və Turizm nazirlikləri tərəfindən verilib. Konsertdən öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Mədəniyyət və Turizm Nazirliyinin təbrik məktubu oxunub. Bu konsertlərdə də hiss etdim ki, tara maraq böyükdür. Xaricilər üçün tar yenidən kəşf edildi".


S.İBRAHİMOVA
+  -  Çap 
Yerləşdirilib: 29.10.09 | Baxılıb: 341

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •