|
Martın 15-də səhər saat 10:00 rədələrində Qaradağ rayonunda Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisinin otağına silahlı basqın olub. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, əl qumbarası ilə silahlanan Bakı şəhər sakini Ramiz Cəbrayılov MİS-nin rəisinin iş otağına gedərək onu öldürməklə hədələyib. Hadisəy eriən çağrılan polis R.Cəbrayılovu həbs edib. İlkin ehtimallara görə, hadisə pul mübahisəsi üstündə baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.
|