|
Paytaxtda intihar faktı qeydə alınıb. Bakının Qaradağ rayonunun Müşfiq qəsəbəsində yaşayan Gülər Buğdaliyeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. 1990-cı il təvəllüdlü G.Buğdaliyeva Bakı Baza 2 saylı Tibb Texnikumunun tələbəsi olub. İlkin ehtimallara görə, G.Buğdaliyeva ilə sevdiyi oğlan arasında mübahisə yaranıb və intihara da səbəb bu amil olub. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb.
|