|
Səməd Qasımov Rusiyada cinayət törədib
Gəncə ŞPİ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Səməd Qasımovdur. S.Qasımov Moskva şəhər Dİİ tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə axtarışda olub.
|