|
Hadisə ailə münaqişəsi zəmnində baş verib
Ağcabədidə bıçaqlanma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Ağcabədi rayon sakini Elmin Quliyev arvadı Asiməni bıçaqlayıb. Daha sonra oğlu, 2007-ci il təvəllüdlü İlkinə bıçaqla xəsarət yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev saxlanılıb.
|