|
"Quşçuluq" fabrikinin müdiri qətlə yetirilib
Cəlilabad rayonunda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə rayondakı "Quşçuluq" ASC-də baş verib. Müəssisənin müdiri Ələkbər Haxiyevin odlu silahdan açılan atəşlə qətlə yetirilmiş meyiti tapılıb. Faktla bağlı cainayət işi başlanılıb və Cəlilabad RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
|