|
Qətl törədən şəxs qəzaya düşərək öldü
Martın 14-də saat 19.10 radələrində, Nəsimi rayonu 4-cü mikrorayon ərazisində qətl hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, rayon sakini Nuranə Əfəndiyeva balta ilə qətlə yetirilib. Mərhumun meyiti mənzilində aşkarlanıb. Nəsimi RPİ 19-cu PB və Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin törədilməsində şübhəli bilinən şəxsin Sumqayıt şəhər sakini Asif Ağayev olması müəyyənləşdirilib. Məlum olub ki, qətli törədən A.Ağayev Bakı şəhər sakini Esmiraldo Hüseynovaya məxsus "Kia" markalı avtomaşında hadisə yerindən qaçıb və Zığ yolu küçəsində avtomobili divara vurması nəticədə dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir.
|