|
Respublikanın daxili işlər orqanları tərəfindən martın 15-də gün ərzində 37 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 20-i "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 4 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 25 nəfər saxlanılıb. Səbail RPİ 9-cu PB RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın qaçıran şəxs tutulub. Saxlanılan Samir Hacıyevdir. O, martın 13-də Emilya Yusifzadəyə məxsus avtomaşınını qaçırmaqda təqsirləndirilir.
|