Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
1975-ci ildən sonrakı ən ciddi gərginlik
İsrailin planı ABŞ-da narahatlıq yaradıb 

Şərqi Qüdsün yəhudiləşdirilməsini sürətləndirən İsrail indi də qədim bir sinaqoqun yenidən açılışını etməyə hazırlaşır. “Zaman” qəzetinin yaydığı məlumata görə, açılışı yaxın günlərə nəzərdə tutulan sinaqoqun fəaliyyətə başlaması İsrail-Fələstin arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Sinaqoqun 1701-ci ildə bir qrup yəhudi tərəfindən inşa edildiyi deyilir.
İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhər olan Qüdsün İsrail tərəfindən bütünlüklə yəhudiləşdirilməsi siyasətinin aparıldığını bildirib. İhsanoğlu Səudiyyə Ərəbistanının Ciddə şəhərində İKT-nin toplantısında bildirib ki, hər hansı bir məqsədlə Qüdsdən çıxanlar bir daha geri dönmək üçün fürsət tapa bilmir: “Bu vaxt Şərqi Qüdsdə yəhudi məskənləri tikilir. Qüds şəhəri yavaş-yavaş yəhudiləşdirilir. İslam Konfransı Təşkilatı olaraq fələstinlilərə qarşılaşdıqları problemlərin aradan qaldırılmasında kömək etməliyik”.
Yeri gəlmişkən, İsrailin Şərqi Qüdsdə yaşayış məntəqələri tikməsi ilə əlaqədar Vaşinqtonla Təl-Əviv arasında baş qaldırmış gərginlik artmaqdadır. İsrailin Birləşmiş Ştatlardakı səfiri Maykl Oren hazırkı vəziyyəti iki ölkə arasında 1975-ci ildən sonra yaşanan ən ciddi gərginlik adlandırıb. Xatırladaq ki, ABŞ dövlət katibi Hillari Klintonun İsrailin Şərqi Qüdsdə yaşayış məntəqəsi tikməsinə etiraz etməsindən sonra Oren Dövlət Departamentinə çağırılıb və ondan izahat tələb edilib.
Ona İsrailin yeni planlarının Yaxın Şərqdə dərin böhrana səbəb olacağı ilə bağlı xəbərdarlıq olunub. Qeyd edək ki, bir neçə gün bundan əvvəl Yaxın Şərq dördlüyü olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, ABŞ və Rusiya ortaq bəyanat verərək İsraili Şərqi Qüdsdə yeni yaşayış məskənlərini tikməkdən çəkinməyə çağırıb.
Ağ Evin yüksək səviyyəli rəsmisi Devid Akselrod də bildirib ki, İsrailin mübahisəli Şərqi Qüdsdə daha çox yaşayış binası inşa etməsi Yaxın Şərq sülh prosesinə mane olacaq addım kimi qiymətləndirilir. Prezidentin müşaviri deyib ki, İsrailin planı sülh və sabitlik ideyalarını dəstəkləyən hər bir şəxsdə narahatlıq yaradır.
İsrail keçən həftə 1967-ci ildə Ərəb-İsrail müharibəsi zamanı hərbi qüvvələrin işğal etdiyi Şəqri Qüdsdə 1600 yeni evin inşa ediləcəyini elan edib. Fələstinlilər Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olmasını istəyirlər. İsrail yeni yaşayış məntəqələrinin inşasını Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenin bölgədə səfərdə olduğu vaxt açıqlayıb. Klinton inşa planlarının məhz bu vaxt elan edilməsini təhqir kimi qiymətləndirib. Netanyahu bu elanın onun xəbəri olmadan, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən verildiyini və bunun bilərəkdən eyni vaxtda baş vermədiyini bildirib. O,  Baydendən üzr istəyərək, bu anlaşılmazlığa son qoyulduğuna ümid etdiyini deyib.
Ümumiyyətlə, Israillə Birləşmiş Ştatlar arasında münasibətlərdə soyuqluq prezident Barak Obamanın vəzifəsinin icrasına başlamasından əvvəl yaranıb. Obamanın yəhudi yaşayış məntəqələrinin inşasının tamamilə dayandırılmasını tələb etməsindən sonra bu gərginlik daha da artıb. İsrail bu tələbi rədd etsə də, İordan çayının Qərb sahilindəki bəzi inşa işlərini dayandırıb. İsrailin inşaata başlanılması haqda bəyanatı 14 aydır dayandırılan və Birləşmiş Ştatların yardımı ilə yenidən bərpası barədə razılıq əldə edilən sülh danışıqlarına hədədir. Fələstinlilər isə danışıqlara yalnız İsrailin Şərqi Qüdsdə yeni inşaat planını təxirə saldıqdan sonra qayıda biləcəklərini deyirlər.
Son məlumatlara görə, İsrail hərbi qüvvələri fələstinlilərin «Həmas» fraksiyasının uzun müddətdir axtarışda olan yüksək səviyyəli komandiri Mahir Udanı həbs ediblər. İsrail əsgərləri və Şin Bet təhlükəsizlik xidməti onu İordan çayının Qərb sahilində Ramallah şəhəri yaxınlığında ələ keçirib. Uda 1990-cı ildən İsrailin axtarışda olanlar siyahısında idi. O, İordan çayının Qərb sahilində «Həmas»ın hərbi cinahını yaradan üzvlərdən biridir. İsrail onu azı 70 israillinin qətlində günahlandırır. «Həmas» fələstinlilərin təhlükəsizlik qüvvələrini Udanı həbs etməkdə İsrailə kömək etməkdə ittiham edib.
+  -  Çap 
Yerləşdirilib: 16.03.10 | Baxılıb: 237

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •