Qazaxıstan prezidenti ona hər hansı bir hədiyyə verilməsini də istəmir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qubernatorlara onun 70 illik yubileyini keçirməyi qadağan edən əmr verib. Qubernatorların iştirakı ilə keçirilən toplantıda çıxış edən prezident vurğulayıb ki, hər hansı bir rəsmi yubiley, təntənəli mərasim olmayacaq: «Bu, əmrdir, nəzərə alın». Dövlət başçısı bu qadağanı pozan şəxsin vəzifəsindən kənarlaşdırılacağını bildirib. O, həmçinin ona hər hansı bir hədiyyə verilməsini də qadağan edib. Nazarbayev əlavə edib ki, iyulun 6-da şəhər üçün adi günlərdən biri olacaq. Qeyd edək ki, həmin gün həm də paytaxt günü qeyd ediləcək. Belə ki, dövlət başçısının qərarı ilə həmin gün dövlət bayramı statusuna malikdir. Nazarbayev az əvvəl deputatların paytaxtın Nursultan olması barədə təşəbbüsunu də rədd etmişdi. Bundan əlavə, özünə Əmək Qəhrəmanı adının verilməsinə qarşı da çıxıb. Lakin buna baxmayaraq, KTK telekanalı Nursultan Nazarbayevin uşaqlıq illərinə həsr olunan filmin çəkilişlərinə başlayıb. Bundan əlavə, Senat nümayəndələri 70 illiklə bağlı irimiqyaslı amnistiya elan olunmasını təklif etmişdilər. «Bu, çox əhəmiyyətli gündür. Bizim üçün böyük bayram olacaq. Bu səbəbdən də həmin tarixdə amnistiya verilməsini irəli sürmüşdük» – deyə senator Qəni Qasımov bildirib.
|