|
Daha bir nəfər, AGBank-ın keçirdiyi Uduşlu Kupon kampaniyasının qalibi oldu. Bu, 1983 təvəllüdlü, Beynəlxalq Bankın müştərisi Sultanova Güneldir. Bu barədə AGBank-ın mətbuat xidməti xəbər yayıb. Məlumatda deyilir ki, son iki ay ərzində 7 nəfər Uduşlu Kuponun qalibi olub. Xatırladaq ki, daha əvvəl iki nəfər 500 manatlıq kuponları qazanmışdılar. AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank-ın bankomatlarına yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank-ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.
|