Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Fevralda vergi qanunvericiliyinin pozulması hallarının sayı azalıb
Azərbaycan Vergilər Nazirliyi tərəfindən aparılan operativ nəzarət tədbirləri nəticəsində 2010-cu ilin fevral ayı ərzində 1120 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir. Yanvarda isə 1496 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmişdi.
Araşdırma dövrü ərzində 521 vergiödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 174 vergiödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 110 (82) vergiödəyicisi aşkar edilib, 284 (221) vergiödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə razılıq olmadan məşgul olması faktları müəyyən edilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 41 (24) vergiödəyicisində 44 (24) nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 77 (146) vergiödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədi ilə keçirilən tədbirlər zamanı isə 19 (16) vergiödəyicisində 356,52 manat (9468,22 manat) dəyərində 404 (1406) ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.
Martın 10-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.
+  -  Çap 
Yerləşdirilib: 11.03.10 | Baxılıb: 233

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •