Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Stress və yorğunluqdan necə xilas olmalı?
Mobil telefonlar başda olmaqla, elektron cihazlardan yayılan dalğalar bədəndə stress və yorğunluğa səbəb olur.
“haberturk.com”un verdiyi məlumata görə, hər axşam duş almaq isə bütün bədəni elektrik yükündən qurtararaq, insanı stress və yorğunluqdan təmizləyə bilir.
Dicle Universitetinin tibb fakültəsinin müəllimi professor-doktor Süleyman Daşdağın sözlərinə görə, bütün elektrik alətləri, yüksək gərginlikli xətlər, televizorlar, cib telefonları və kompyuter kimi cihazların elektromaqnit dalğalar yayır. Stressə səbəb olan elektromaqnit çirkliliyin ən böyük mənfiliklərindən biri insanları tənbəlliyə sürükləməsidir: “Texnologiyadan istifadə edənlər, bəzi tədbirlərlə elektromaqnit çirklənməsindən qaynaqlanan və zərərli olduğu iddia edilən təsirləri azalda bilər. Bunun üçün sağlamlıq və qidalanmaya diqqət yetirməklə yanaşı elektrik alətləri nəzarətli şəkildə istifadə etmək lazımdır. Gündəlik həyatda immuniteti gücləndirən qidalara olduqca çox yer verin. Saçınızı fen əvəzinə təbii olaraq qurudaraq, mobil telefonun yerinə kabel telefonu istifadə edərək evinizdəki elektromaqnit çirkliliyini azalda bilərsiniz”.
Gün ərzində məruz qalınan elektromaqnit dalğaların stress və yorğunluğa səbəb olduğunu deyən Daşdağ bildirib ki, yalın ayağı torpağa basmaqla və ya hər hansı bir metala toxunmaqla bu elektrik yükünü atmaq olar:
“Hər axşam duş qəbul etmək həm bütün bədəni elektrik yükündən qurtararaq stressdən təmizləyər, həm də sağlam, rahat bir gecə keçirmənizi təmin edər. Xüsusilə elektromaqnit çirkliliyin yüksək olduğu sahələrdə yaşayanlar, axşamları duş alaraq bədəndə yığılan elektrik yüklərindən təmizlənməlidir. Beləcə, elektromaqnit çirklilikdən qaynaqlanan stress və yorğunluq da xaric edilə bilər. Gün ərzində bunu edəcək vaxtı tapa bilmirsinizsə, əlinizi tez-tez yumanız da bədəninizdəki elektrik yükünü götürər”.
+  -  Çap 
Yerləşdirilib: 11.03.10 | Baxılıb: 209

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •