|
Bu il Nobel mükafatı almağa iddia edənlərin sayı rekord həddə çatıb. Mükafata 38 təşkilat daxil olmaqla, 237 nəfər iddia edir. «Bu, indiyədək qeydə alınmış ən yüksək rəqəmdir», - deyə Oslodakı Nobel İnstitutunun rəhbəri Qir Lundestad bildirib. Lundestadın sözlərinə görə, ötən il ali mükafata iddiaçıların sayı 205 olub.
|