Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ariel Koen: “Prezident Obama 24 aprel çıxışında “soyqırımı” sözünü işlətsə, bu, daha çox problemlərə səbəb olacaq”
ABŞ-nın “Heritage” Fondunun Rusiya və Avrasiya məsələləri üzrə baş eksperti Ariel Koen hesab edir ki, Türkiyə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində erməni soyqırımı ilə bağlı qəbul olunmuş qərara sərt reaksiya verəcək.

APA-nın Vaşinqton müxbirinə açıqlamasında Ariel Koen bildirib ki, hətta bütünlükdə Nümayəndələr Palatası qətnamənin əleyhinə səs versə belə, ABŞ və Türkiyə arasındakı məsafə artacaq. O xatırladıb ki, Komitə Prezident Obamanı ABŞ-ın xarici siyasətində 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi əks etdirməyə və 24 aprel çıxışında soyqırım sözünü işlətməyə çağırıb.
“Martın 4-dəki səsvermədən əvvəl dövlət katibi Hillari Klinton Xarici Əlaqələr Komitəsinin rəhbəri Hovard Bermana zəng vuraraq bildirib ki, qətnamə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına ziyan vuracaq. Lakin Hillari Klintonun zəng etməsinin bir faydası olmadı”.
Ekspertin fikrincə, buna etiraz olaraq Ankara Türkiyənin ABŞ-dakı səfiri Namik Tanı məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
“Hal-hazırda 117 konqresmen qətnaməni dəstəkləyir. 13 senator da eyni mövqedədir. Buna baxmayaraq qabaqcadan nəticə barədə bir söz demək çətindir, çünki administrasiya qətnamənin qəbul olunmaması üçün təzyiqi artıracaq”.
Digər tərəfdən ekspert hesab edir ki, Türkiyə getdikcə daha çətin tərəfdaşa çevrilir, lakin bu ölkə hələ də NATO çərçivəsində ABŞ-ın müttəfiqidir.
“Bəziləri hesab edir ki, ABŞ protokolları ratifikasiya etməsi üçün Türkiyəyə təzyiqi artırmağa çalışır, lakin ABŞ-Türkiyə münasibətlərinin daha vacib məsələləri ortaya qoyub”.
O bildirib ki, əgər prezident Obama aprelin 24-də edəcəyi açıqlamada “soyqırım” sözünü işlətsə, bu daha çox problemlərə səbəb olacaq.
“Ümidvarıq ki, Türkiyə NATO-dan çıxmayacaq, yaxud da ABŞ-la əməkdaşlığı dayandırmayacaq. Türkiyə ABŞ-dan və Qərbdən uzaqlaşıb, öz neoosmanlı və islam köklərinə qayıtmaq trayektoriyası cızır. Qatar artıq stansiyanı tərk edib”.
+  -  Çap 
Yerləşdirilib: 11.03.10 | Baxılıb: 238

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •