|
Paytaxt sakinindən narkotik götürülüb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, Dmitri Qaranin saxlanılıb. Əvvəllər məhkum olunan D.Qaranindən 2 kiloqram 728,06 qram narkotik vasitə olan tiryək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
|