|
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 27-i "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 2 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər saxlanılıb.
|