|
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Yasamal rayonu ərazisində Bakı şəhər sakini Şaxray Həsənov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, həmyerlisi Oqtay Səfərovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən O.Səfərovun həyatını xilas etmək mümkün olmayıb. Kürdəmir rayonu ərazisində isə Gədəbəy rayon sakini Elsevər Bayramovun idarə etdiyi "Mercedes" markalı və İsmayıllı rayon sakini Cahangir Şərifovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşub. Nəticədə, C.Şərifov hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|