Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycan Daxili Qoşunlarının zabitləri üçün yaşayış kompleksi istifadəyə verilib
Azərbaycan Daxili Qoşunlarının yaranmasının 18-ci ildönümü ərəfəsində Nərimanov rayonundakı "N" saylı hərbi hissədə zabitlər üçün yaşayış kompleksi açılıb.
Beşmərtəbəli 60 mənzilli binanın açılış mərasimində daxili işlər naziri Ramil Usubov iştirak edib. 1, 2 və 3 otaqlı mənzilləri olan bina su, istilik və elektrik sistemi ilə təchiz olunub.
Nazir müasir tələblərə cavab verən mənzillərin orderlərini zabitlərə təqdim edib.
Mərasimdə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqətindən, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb.
Zabitlər və ailələri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Daxili işlər naziri yeni istifadəyə verilən mənzillərdəki şəraitlə də tanış olub.
Bundan öncə DQ-nin zabitləri üçün Gəncə, Lənkəran və Zaqatalada yaşayış kompleksləri açılıb.
12 mart Daxili Qoşunların yaranma günüdür. 12 mart 1992-ci ildə DQ-nin Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçıları ilə döyüşə başlayıb, ərazi bütövlüyümüz uğrunda Ağdam ərazisində vuruşublar. Rəmzi olaraq həmin döyüş günü DQ-nin günü kimi müəyyən edilib.
+  -  Çap 
Yerləşdirilib: 11.03.10 | Baxılıb: 313

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •