Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Arsenal" "Portu"nu darmadağın etdi
Martın 9-da Avropanın ən nüfuzlu klub turnirində - Çempionlar liqasında 1/4 finala vəsiqə qazanan ilk iki komandanın adı müəyyənləşdi. İtaliya və İngiltərədə keçirilən oyunlarda meydan sahibləri qələbə qazansa da, heç də hər ikisi sevinmədi. "Arsenal" "Portu"nun daşını daş üstə qoymayaraq, ən güclü "8-lik" arasına yüksəldi. "Fiorentina" isə "Bavariya"nı üstələsə də, səfər qoluna görə növbəti mərhələyə Almaniya təmsilçisi çıxdı.

1/8 final, cavab oyunları
Fiorentina (Florensiya, İtaliya) - Bavariya (Münhen, Almaniya) 3:2 (1:0)
Varqas, 28. Yovetiç, 54;64 - Van Bommel, 60. Robben, 65.
İlk oyun - 1:2.
Çezare Prandelli, "Fiorentina"nın baş məşqçisi: "Yenə də deyirəm ki, optimal heyətlə çox böyük işlər görə bilərik. Cari mövsüm həddən artıq çox zədəlimiz olub. Varqas böyük cəsarət göstərdi: zədəli-zədəli oyuna çıxdı və hələ bir qol da vurdu. Favoritlərlə görüşməyimizə və keçirdiyimiz 8 oyundan 6-sını udmağımıza baxmayaraq, mübarizəni dayandırmalı olduq. Gərək daha yaxşı müdafiə olunardıq. Çox güman ki, "Bavariya"nın belə səviyyədəki zəngin tərcübəsi öz sözünü dedi. Komandamı təbrik etdim və hər bir futbolçuya minnətdarlığımı çatdırdım. Cari mövsüm ÇL-dəki nəticələrimizlə fəxr edirəm".
Lui van Qal, "Bavariya"nın baş məşqçisi: "Güclü küləyi nəzərə alanda yaxşı futbol sərgilədik. Ancaq çox da səhv buraxdıq, xüsusən də müdafiədə. Belə havada oynamaq asan deyildi. Bəli, rəqib də eyni şəraitdə oynayırdı. Amma mən öz adımızdan danışa bilərəm. Son 10 dəqiqədə boş zonalardan daha yaxşı istifadə etməli idik. Məncə, 2:3-lük məğlubiyyətdən daha yaxşı nəticəyə layiq idik. Sadəcə, çoxlu səhv buraxmaqla öz işimizi çətinləşdirdik. Bu matçda çatışmazlıqlarımızı gördük. Onlar üzərində işləyəcəyik. Əsası növbəti mərhələyə çıxmaq idi, bunun da öhdəsindən gəldik".
Arsenal (London, İngiltərə) - Portu (Portuqaliya) 5:0 (2:0)
Bendtner, 9; 25; 90+1. Həsri, 63. Ebue, 66.
İlk oyun - 1:2.
Arsen Venger, "Arsenal"ın baş məşqçisi: "İdeal oyun heç vaxt olmur. Amma bu gün çox yaxşı və inamlı futbol sərgilədik. Rəqib ilk 15 dəqiqəni yaxşı keçirdi. Həlledici qolu isə Samir Həsri vurdu. Bundan sonra işimiz asanlaşdı. Bendtnerin het-trikinə gəlincə, hamı futbolçunun bir anda dəyişə biləcəyini anladı. Şənbə günü əla oynamışdı, amma meydanı qolsuz tərk etmişdi. Bu gün isə danimarkalı futblolçu üçün az imkan yarandı, amma o, üç dəfə fərqləndi. Bu il "Çelsi" v "Mançester Yunayted"ə qarşı yaxşı oynamamışıq. İndi onlardan revanş almaq imkanımır yaranıb".
+  -  Çap 
Yerləşdirilib: 11.03.10 | Baxılıb: 185

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •