Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əcaib arzu
Qəlbimə bir əcaib arzu dolmuşdu. Mən builki Yeni il gecəsini çöldə, küçədə, şəhərin mərkəzində, nə isə axırı ki, açıq havada keçirtmək istəyirdim. Açıq havada e. Çox istəyirdim. Bilmirdim, haradan gəlmişdi bu fikir ağlıma, amma gəlmişdi. Bəlkə keçən il əlimdə bir qədəh portağal şirəsi atəşfəşanlığa pəncərədə tamaşa etdiyimdənmi, birdən birə mən də o qələbəlik arasında olmaq içimdən keçirtmişdim, amma mənə açıq havaya çıxmaq olmazdı, həkim belə demişdi, möhkəm soyuqdəyməm vardı. Ona görə bu ilki bayramı keçən ilki bütün xəstəliklərin acığına açıq havada keçirmək istəyirdim. Odur ki, tələsik şam yeməyimizi yeyib, şəhərə getmək istəyirdim. Amma həyat yoldaşım narazılığını bildirdi. Mən də o ki var, qadın məxluqatına xas bütün şirin dilləri işə salıb, onu yola gətirməyə çalışdım. O, mən gözlədiyimdən tez təslim oldu. Bəlkə də razılaşmayacağı halda, mənim mısmırığımı yer süpürəcəyini əvvəlcədən  göz altına alıb, yeni il gecəsini belə “üzlə” qarşılamaq istəmədi. Uşaq kimi sevinirdim. Amma bir şərti vardı. 1 saata gedib qayıdasıydıq. Tezcənə razılaşdım. Təki getmək olsun. Qayıtmağa sonra baxarıq. Sevincək maşına minib, şəhərin mərkəzinə, daha doğrusu, Bulvara tərəf yollandıq. Aman Allah, evdə oturmuşuq, elə bilirik hamı evdədir, bayıra çıxırsan görürsən hamı küçədədir. Bakı elə bil yeni il gecəsi çox içib, keflənmiş, sonra da içdiyini, yediyini Bulvara adam şəklində qusmuşdu. Qusulmuş adamlarla dolu idi, bulvar, azneft meydanı, sahil metrosu ətraf. Çoxu da qara paltarlı, qara gödəkçə, qara palto, qara şubalar, elə bil hamı “Qara geyimli adamlar” filmindən tökülmüşdülər. Bəzi cavan-cuvanın başındakı şaxta baba papağı olmasaydı, bayram əhval ruhiyyəsi heç nədən hiss olunmurdu. Hətta Azadlıq meydanındakı bəzədilmiş yolka da bayram təəssüratı vermirdi. Ümumiyyətlə, builki yeni il elə bil tez gəldi, il tez qurtardı, adamlar köhnə ildən doymayıb, onu buraxmaq istəmirdilər. Hamıda bayram həvəsi yox, sadəcə bu günü də birtəhər başa vurmaq həvəsi görünürdü. Əvvəllər anamdan eşitmişdim ki, Sovet vaxtlarında dekabrın birindən başlayaraq insanlar bir-birlərini yeni il bayramı ilə təbrik edirmişlər. Mən ayın 30-u olmasına baxmayaraq belə, çox az insanın bir-birlərilə bayramlaşdığını gördüm. Bəlkə bu bayramların çoxluğundandır, Qurban bayramı, Novruz bayramı, 8 mart, 9 may, 28 may, 26 iyun, müstəqillik, konstitusiya, gül bayramı hələ bir bayraq bayramı da əlavə olundu. Hətta bir iş yoldaşımın digərinin bayramını təbrik edəndə “hansı bayramımı təbrik edirsən”, deyə soruşduğunun şahidi olmuşam. Yəni insanlar bayramların sayını itirib, ona görə də bayramlar gözdən düşüb. Elə Yeni il kimi.
Nə isə, birtəhər bulvara çatdıq. Bu il bulvarda yeni il ilə əlaqədar buz meydançası düzəltmişdilər. Sahəsi kiçik olsa da, sürüşməyə imkan olmadı. Elə bilərsiniz, növbəyə görə, əsla, sürüşməyə növbə deyil, tamaşa etməyə növbə var idi. Deməli, meydançada 3-4 nəfər yeniyetmə qızlar sürüşürdü. 200-ə yaxın adam da meydança boyu dövrə vurub, onlara tamaşa edir, hər onlar büdrəyib yıxılanda da alqış səsləri, “oha, aha, maşallah, bərəkallah” kimi nidalar göyə yüksəlirdi. Uzaqdan bir səsləri eşidəndə elə bilmişdim ki, çox gözəl sürüşənlər var, yəqin 3 qat havada salto vuran insanları belə alqışlayırlar, amma yox, bura Azərbaycandır, xaricdə 3 qat salto vuranları, burda isə yıxılanları sürəkli alqışlayırlar. Yoldaşım sürüşmək istəyirdi. Bu mənzərəni görəndən sonra fikrindən vaz keçdi. Mən isə zarafat salıb, dedim: “Nə olar sürüş, yıxıl, qoy sənə də əl çalsınlar, sən də özünü əsl ulduz kimi hiss elə”. O, da mənə sakitcə “başqa vaxt” deyib, oradan uzaqlaşdıq. Fikirləşdik, bəlkə bir az uşaqlığımızı yada salıb, karusellərdə yellənək. Bizim istədiyimiz daha əyləncəli karusellər Dəniz vağzalına tərəfə yaxın idi. 1 saata piyada ora çatdıq. İnsan axını üstümüzə gəlirdi. Onları yara-yara keçmək vaxt aparırdı. Birtəhər də olsa, bu yolu qət etdik. Amma yenə arzumuz ürəyimizdə qaldı. Hər karuselin qarşısında 30-40 nəfərdən ibarət uzun növbə vardı. Bu insanın olan- qalan həvəsini də öldürürdü. Fikirləşdik, heç olmasa, şəkil çəkdirək, yaxşı ki, bu planımız heç olmasa, asanlıqla başa gəldi. Yenə maşınımızın saxlandığı yerə tərəf üz tutduq. Başqa əlacımız yox idi, gəzmək planlarımı tamamilə korlanmışdı. Əməlli başlı pərt olmuşdum. Mən çöldə baram keçirməyi bu cür təsəvvür etmirdim. Hava soyuq, adamları yara-yara keçməkdən yorğun, çəkmələrim də bir tərəfdən məni sıxırdı. Qrup halında gəzən avaraların hələ adamların ayaqlarının altına atıb, partlatdıqları zəhrimarları demirəm. Diksinməkdən əsl çildağlıq olmuşdum. Amma cınqırımı da çıxarmırdım. Çünki yoldaşım onsuz da gəlməyə razı deyildi. Yoxsa yenə başlayacaqdı, məşhur monolqunu: “ Axı mən sənə demişdim”.
Birdən dayandım, yoldaşımdan saatın neçə olduğunu soruşdum. Saat 12-ni vuranda mütləq gülümsəməliyik, yoxsa bütün ili qaş-qabaqlı keçirdərik. Bunu elə əminliklə söylədim ki, özüm də inandım. Amma saatını taxmağı unutmuşdu, telefonu isə sönmüşdü. Yaxşı ki, qarşıda saatı göstərən qüllə görsəndi. Anidən. Və saat düz 23.59. Və gözlənilən, gözlənilməyən – 00:00  - Bulvara bir neçə saniyəlik sükut çökdü. Doğrudan da dərin sükut, hətta saatın saniyələri belə getmirdi. Və başladı, qışqırıq səsləri, bu insanların guya ki, sevinc nidaları idi. Mən isə yoldaşımla üzbəüz dayanıb, sadəcə gülümsəyirdik. Sadəcə təbəssüm. İlk tanış olduğumuz gündəki kimi. Mənsə, bu arada vəziyyətdən istifadə edib, saysız-hesabsız arzular siyahısını tez-tez sadalayırdım, bu olsun, o olsun, o birisi olsun. Həmişəki kimi qadının arzuları bitmək bilmir, həmişə deyirdim, sevəcəyim insanı tapım, dünyada heç nə istəməyəcəm, amma yalan imiş, onu tapdım da, ailə də qurdum, amma istəklərim nəinki azalmadı, hətta artdı da.
Axır ki, maşına çatıb, evə tərəf üz tutduq. Çox yorulmuşdum. Digərlərini bilmirəm, mən yeni ili əcaib arzuma çatmaqla keçmişdim. Bu boyda həngamədən sonra... Əmin idim ki, bütün arzularıma da belə çatacam.
Yenə də sarsılmaz qadın optimizmi...
+  -  Çap 
Yerləşdirilib: 11.03.10 | Baxılıb: 279

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •