Prezident İlham Əliyevin martın 9-da imzaladığı sərəncamla Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ə.Həsənov yüksək mükafata dövlət qulluğunda səmərəli fəaliyyətinə görə layiq görülüb. Ə.Həsənov Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professordur. Prezident Administrasiyasında 1995-ci ildən çalışır. 1996-cı ildən ictimai-siyasi şöbəyə rəhbərlik edir.
|