|
“Azərbaycan əsgəri bu gün qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hazırdır və bunu bacarır. Əsgərlər torpaqlarını işğaldan azad etməyə qadirdir. Daxili Qoşunların əsgərlərinin döyüş hazırlığı yüksək səviyyədədir və müasir silah, texnika ilə təmin olunub. Artıq aparıcı dövlətlərin analoji qurumlarının silah-sursat təchizatı ilə özümüzü müqayisə edə bilərik”, - Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov belə deyib. Z.Həsənov bildirib ki, daxili qoşun zabitləri dünyanın aparıcı dövlətlərinin hərbi məktəblərində və təlim mərkəzlərində təhsil alır, təlim keçir və bunu Azərbaycanda tətbiq edirlər. Digər xarici dövlətlər də Azərbaycanın təcrübəsindən yararlanırlar: “Biz ən müasir təhsil sistemi qurmuşuq və bu, döyüş hazırlığında öz nəticəsini göstərir”.
|