Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«İndi mutasiya dövrü keçən gənclərin əksəriyyəti səsini itirir»
Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın kafedra müdiri Arif Babayevin bildirdiyinə görə, son dövrlər belə təhlükələrlə üzləşən gənclərə tez-tez rast gəlir

Kişi müğənnilərdə ən təhlükəli dövr mutasiya illəri hesab olunur. Həmin dövrdə səs qorunmasa, bata bilər. Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın kafedra müdiri Arif Babayevin bildirdiyinə görə, son dövrlər belə təhlükələrlə üzləşən gənclərə tez-tez rast gəlir:
“Bundan daha çox muğam ifaçıları əziyyət çəkirlər. Çünki səs dəyişən dövrdə hündürdən, zil notlarda oxumaq olmaz. Müəllim nəzarətində olan ifaçı bu dövrü təhlükəsiz keçirə bilir. Muğam ifaçıları üçün mutasiya dövrü “ölüm-qalım” deyimi qədər önəmli hesab olunur. Çünki muğamların hər birində yüsək notlar var və bu yerdə səs öz imkanlarını daha qabarıq göstərə bilir”. Arif müəllim Qarabağın işğalından əvvəl səsi batan xanəndələrə nadir hallarda rast gəldiyini deyir:
“Qarabağ torpağının yetişdirdiyi insanların əksəriyyəti gözəl səsə malik olur. Bakıya gəlib məktəb keçəndən sonra onlar bu istedadı peşəkar səviyyədə göstərə bilirlər. Bizim dövrdə səs batmaq problemi nadir hallarda özünü göstərirdi. İndi 2-3 uşaqdan birində səs dəyişir və təhlülkəli dövrü aşandan sonra bəziləri əvvəlki kimi oxuya bilmirlər. Biz əlimizdən gələn qədər onlara yol göstərməyə çalışırıq. Amma səs ilahi vergisi olduğundan onu kiməsə bəxş etmək və ya almaq insanın əlində deyil”.
Söhbəti zamanı xanəndə vurğuladı ki, son illər gənclər muğam sənətinə böyük maraq göstərirlər. Xalq artisti bunun sənətin inkişafı ilə yanaşı, dünya səhnəsində təbliğində də böyük rol oynayacağını bildirdi:
“Azərbaycanda muğam sənətini tədris edən məktəblərin sayı kifayət qədərdir. Gənclərin savadlanması üçün onlara lazımi imkanlar yaradılıb. Vacib olan budur ki, onlar düzgün istiqamətlənməyin yolunu tapsınlar və savadlı xanəndə kimi yetişsinlər”.


Xədicə, milli.az
+  -  Çap 
Yerləşdirilib: 10.03.10 | Baxılıb: 162

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •