|
Yol qəzası 6 nəfərin həyatına son qoyub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Binəqədi rayonu Baksol qəsəbəsi ərazisində, Ağdam rayon sakini Şükür Şükürov "KamAZ" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Əli Abbasovu vurub. Nəticədə, Ə.Abbasov hadisə yerində dünyasını dəyişib. Göygöl rayonunun Üçtəpə kəndi ərazisində, Yeni Qızılca kənd sakini Nəsimi Seyidovun idarə etdiyi "Mercedes" markalı və Gəncə şəhər sakini Vüqar Mehdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə, V.Mehdiyev və sərnişini Qiymət Əhmədova hadisə yerində ölüb, xəsarət almış N.Seyidov və sərnişinləri - Gəncə şəhər sakinləri Rəna Əhmədova, Laçın Əhmədova, Səma Nağızadə və onun qardaşı Məsim xəstəxanaya yerləşdirilib.
Salyan rayonu ərazisində, Cəlilabad rayon sakini Aşur Zeynalovun idarə etdiyi "VAZ-21063" markalı və Bakı şəhər sakini Sakit İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə, S.İbrahimovun sərnişini, Cəlilabad rayon sakini Şamama Nəsirova hadisə yerində dünyasını dəyişib. Xəsarət alan S.İbrahimov isə xəstəxanaya yerləşdirilib. Xaçmaz rayonu ərazisində, rayon sakini Azər Arazov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, Qaraqurdlu kənd sakini Zəkəriyyə Sultanovu vurub. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Sultanov orada dünyasını dəyişib. Sumqayıt şəhərinin ərazisində, şəhər sakini Elnur Nəcəfov "Mercedes" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Nəticədə, E.Nəcəfov və sərnişini - həmyerlisi Bilal Dəmirov aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hər bir qəza hadisəsi ilə bağlı araşdırma aparılır.
Ayxan
|