|
Azərbaycanda itkin düşən şəxsin adına verilmiş pensiya kartından istifadə edən şəxslər yaxalanıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Hacıqabul rayon sakini Zəminə Yolçuyeva və Şirvan şəhər sakini Nail Gülmalıyevdir. Şübhəli şəxs qismində saxlanılan hər iki şəxs Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gətiriliblər. Onların 2007-ci ilin noyabr ayından 2010-cu ilin yanvar ayınadək olan müddət ərzində itkin düşmüş Sənəm Yəhyayevanın adına verilən pensiya kartından istifadə etməklə Şirvan şəhərində yerləşən "Beynəlxalq Bank"a məxsus bankomatdan 2025 manat pul çıxarmaları müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.
|