|
Salyan rayonunda qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə martın 8-də saat 01.00 radələrində baş verib. Salyan rayon sakini Roman Axundlu kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, R.Axundlunun həyatını xilas etmək mümkün olmayıb. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini Qorxmaz Qurbanov tutulub. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
|