Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Prokuror bank əməkdaşlarına cəza istəyib
Təqsirləndirilən banka məxsus vəsaiti mənimsəməkdə təqsirləndirilir

Martın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rasim Sadıxovun sədrliyi ilə "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısında bankın Şəmkir filialının baş mühasibi Şahin Əliyev, bank filialının əməkdaşları Rasim Nağıyev, Arif Hümbətov, Nisə Bayramova, Mənzər Paşayeva cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittiham olunublar. İttihama görə, Ş.Əliyev "Kapital Bank" ASC-nin Şəmkir filialının baş mühasibi vəzifəsində çalışarkən adıçəkilən şəxslərlə əlbir olaraq 2007-ci il sentyabrından 2009-cu il aprelinədək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə edib. Belə ki, filialda fəaliyyətdə olan "Wester ", "Privatmoney", "Miqom", "Kontakt" və "Blizko" sürətli pul köçürmələri sistemləri adı ilə müxtəlif şəxslərin adlarına kassa məxaric orderləri yazıb imzalayaraq bankın xəzinəsindən banka məxsus 417 550 ABŞ dolları məbləğində vəsaiti mənimsəyiblər. Martın 9-da keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Ş.Əliyevin 11, R.Nağıyevin 5, A.Hümbətov, N.Bayramova, M.Paşayevanın hər birinin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
+  -  Çap 
Yerləşdirilib: 10.03.10 | Baxılıb: 164

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •