Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Van Qaldan inqilabi təkliflər
Holland çalışdırıcı oyunsonrası penaltilərin ləğv olunmasını istəyir

"Bavariya"nın holland çalışdırıcısı Lui van Qalın futbolda yenilik tərəfdarı olduğunu açıqlayıb. O, "Kikker" nəşrinə açıqlamasında futbol qaydalarında bir sıra köklü dəyişikliklər edilməsinin zəruriliyindən danışıb: "Məncə, bir sıra qaydalar dəyişməlidir. Məsələn, mən oyunsonrası penaltilər seriyasının yox, qladiatorların döyüşünün qatı tərəfdarıyam. Bu baxımdan öz variantımı da sizlərdən gizlətmirəm. Matçın əsas vaxtı heç-heçə başa çatarsa, əlavə vaxtda hər 5 dəqiqədən bir komandalardan bir oyunçunu mübarizədən kənarlaşdırmaq maraqlı olardı. Başqa sözlə, 96-cı dəqiqə başlayanda meydanda hər komandada 10 nəfər olmalı, 101-ci dəqiqədən sonra 9-un 9-a mübarizəsi başlamalıdır. Bu prinsiplə 116-cı dəqiqə başlayandan sonra hər komandanın heyətində 6 futbolçu qalacaq. Belə vəziyyətdə güclü komanda mütləq rəqib qapısına yol tapmaqla qələbəni təmin edə bilər. Daha oyunsonrası penaltilər seriyasına ehtiyac duyulmayacaq. Yox, 120 dəqiqəlik mübarizə nəticəsində də qalib müəyyənləşməsə, o zaman "qızıl qol" qaydası qüvvəyə minsə daha yaxşı olar. Digər yenilik isə mübahisəli vəziyyətlərdə insanın yox, texnikanın yekun qərar verməsinin zəruriliyi ilə bağlıdır. Bilirsiz, texnika insandan fərqli, müstəqil və obyektivdir. Hə, topun qapı xəttini keçib-keçməməsini müəyyən etmək üçün mikroçipdən istifadə etmək variantı pis olmazdı. FİFA-nın bu sistemə nəyə görə "yox" dediyini heç cür anlaya bilmirəm. Digər yenilklərə də əl atmaq olar. Məncə, futbolda topu autdan oyuna əllə yox, ayaqla daxil etmək daha doğrudur. O zaman müdafiə olunan komanda topu çətin ki, yenidən yan xətdən çıxarsın. Basketbolda və ya hokkeydə olduğu kimi, futbolda da iki hakimdən istifadə etmək zəruridir: onların hər biri meydanın rəqib komandalara aid olan hissəsində fəaliyyətdə olmalıdır. Belədə hakimlər topa daha yaxın olmaq şansına malik olar. Başqa sözlə, mübahisəli epizodlarda daha doğru qərar çıxarmaq ehtimalı artar. Videosistem qüvvəyə minəcəyi halda laysmanlara ümumiyyətlə ehtiyac qalmayacaq".
+  -  Çap 
Yerləşdirilib: 10.03.10 | Baxılıb: 184

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •