Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ruslan Abışovun "Valerenqa"ya keçidi baş tutmayıb
Buna "Neftçi" rəhbərliyi icazə verməyib

"Neftçi" rəhbərliyi icazə vermədiyindən, Norveçin "Valerenqa" klubuna keçidim baş tutmadı. Hazırda şərəfini qoruduğum komandanı Premyer Liqanın əsas mərhələsində vacib oyunlar gözləyir. Buna görə də rəhbərlik indiki vaxtda əcnəbi kluba transferimi məqsədəuyğun saymadı". Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və "Neftçi"nin müdafiəçisi Ruslan Abışov deyib.
23 yaşlı futbolçu bildirib ki, onunla uzun müddətdir maraqlanan "Valerenqa"nın təklifinə rəsmən "yox" cavabı verilib. Müdafiəçi Norveç təmsilçisinin təklif etdiyi müqavilənin detallarından xəbərsiz olduğunu söyləyib: "Çünki danışıqlar klub rəsmiləri səviyyəsində aparılırdı. Bu səbəbdən "Valerenqa"nın neçə illik müqavilə, eləcə də nə qədər pul təklif etdiyini bilmirdim. "Neftçi" ilə 3 illik müqaviləm var. Razılaşmanın müddəti 2012-ci ilin iyununda başa çatacaq. Əgər cari mövsüm başa çatdıqdan sonra lazım gəlsə, norveçlilərlə yenidən danışıqlar olacaq".
R.Abışov vurğulayıb ki, "Valerenqa"ya keçidinin alınmaması onu heç də həvəsdən salmayacaq: "Əksinə, bundan sonra daha da gücümü artıracağam, bütün qüvvəmi səfərbər edəcəyəm. Axı, zədələndiyim üçün son vaxtlar fiziki baxımdan özümü yaxşı hiss etmirdim. İndi isə hər şey qaydasına düşüb və qarşıdakı oyunlara tam hazıram".
+  -  Çap 
Yerləşdirilib: 10.03.10 | Baxılıb: 197

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •