Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səddamsız keçən ikinci seçki
Baş nazirin koalisiyası qələbə qazandı

İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra sayca ikinci parlament seçkiləri keçirilib. Yeni hakimiyyət İraqın bundan sonra demokratiya yolundan dönməyəcəyini iddia etsə də, ekspertlər növbəti 5 ilin ölkə üçün əhəmiyyətli dəyişikliklər dövrü olacağını irəli sürüblər. Maraqlıdır ki, Yaxın Şərqdə həyat səhər erkən başlasa da, iraqlılar seçki məntəqələrinə getməyə tələsməyiblər. Əhali sadəcə, terror aktlarının başa çatmasını gözləyib. Çünki yaraqlılar adətən terror aktı üçün günün birinci yarısını seçirlər. Bu səbəbdən də səhər seçki məntəqələrinin qarşısında az adam olsa da, nahardan sonra məntəqələrin qarşısında uzun növbə yaranıb. Hakimiyyət terror aktlarının sayını minimuma salmağa çalışaraq seçki günü sərhədləri də bağlayıb, küçələrdə isə avtomobillərin hərəkəti dayandırılıb. Hər 100 metrdən bir hərbi və polis postları qoyulub. Tək Bağdadda asayişin qorunmasına güc strukturlarının 200 min əməkdaşı cəlb edilib. Buna baxmayaraq, terror aktlarından yaxa qurtarmaq mümkün olmayıb. Belə ki, səhər yaraqlılar paytaxtı minaatanlardan atəşə tutublar. Onlardan birinin yaşayış məskəninə düşməsi 25 nəfərin həyatına son qoyub. Bütövlükdə seçki günü 38 nəfər həlak olub,100 nəfər isə yaralanıb. Hakimiyyət isə bəyan edib ki, yaraqlıların seçkini pozmaq planı fiaskoya uğrayıb. «Dinc sakinlərin həlak olmasına baxmayaraq, seçkiləri pozmaq mümkün olmayıb. İraq xalqı qəhrəman xalqdır və bu səs-küy bizim ruhumuzuı qıra bilməz» - deyə baş nazir Nuri əl-Maliki vurğulayıb.
Qeyd edək ki, bomba partlayışlarından əlavə, parlament binası, ABŞ və Britaniya səfirliklərinin yerləşdiyi Yaşıl Zona da minamyot atəşlərinə məruz qalıb.
Seçkilərdə isə «Dövlətin qanunu» koalisiyası qələbə qazanıb. MSK-nın məlumatına görə, şiə baş nazir Malikinin bloku 18 əyalətdən 8-də qələbə qazanıb. Baş nazirin lideri olduğu ittifaq 40 faiz səslə öndə gedir. Səslərin 25 faizini keçmiş baş nazir Əyyad Əlləvinin rəhbərliyindəki İraqiyyə Koalisiyası, 18 faizini Şiə İraq Milli İttifaqı, 7 faizini sünni İraq Birliyi Cəbhəsi və 4 faizini də daxili işlər naziri Cevad Əl Bolanının başçılıq etdiyi İraq Birliyi toplayıb. Seçkinin dəqiq nəticələrinin açıqlanmasının bir neçə həftə davam edəcəyi gözlənilir. Parlamentdəki 325 yer uğrunda 167 partiyadan ibarət 12 koalisiya və 74 partiyadan 6 min 200 namizəd yarışıb. Seçkilərin şəffaf bir mühitdə reallaşması üçün İraq dövlətinin dəvəti ilə yüzdən çox ölkədən və Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Ərəb Birliyi, İslam Konfransı Təşkilatı və çox sayda beynəlxalq qurumdan 500-dən çox müşahidəçi seçkiləri izləyib. Iraqın Mərkəzi Seçki Komissiyası bildirib ki, 2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra ölkədə ikinci dəfə keçirilən seçkilərdə seçicilərin 62 faizi iştirak edib. Seçki rəsmiləri bildirir ki, seçici fəallığı keçən il yerli seçkilərdə olduğundan daha artıq olsa da, 2005-ci il parlament seçkilərində daha çox adam səs vermişdi. Səsvermədə daha çox sünni müsəlmanların iştirak etdiyi qeyd olunur. Bir zamanlar Səddam Hüseynin hakimiyyəti dövrü hakim elita olan sünnilər beş il bundan əvvəl ölkədə uzun müddət əzilən şiə müsəlmanların yüksəlməsinə etiraz olaraq seçkini boykot etmişdilər.
«Birləşmiş Ştatlar İraqdan qoşunlarını 2011-ci ilin sonunadək çıxarmaqla bağlı vədini yerinə yetirəcək». Bunu isə ABŞ prezidenti Barak Obama Ağ Evdə İraqdakı seçkilərə həsr olunmuş çıxışında deyib. Amerika lideri bildirib ki, İraq xalqı ABŞ-ın öz vədlərini yerinə yetirəcəyini bilməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə ABŞ-ın döyüş missiyası avqustun sonlarınadək başa çatacaq, gələn il ərzində isə bütün Amerika qoşunları İraqı tərk edəcək. Barak Obama onu da deyib ki, seçici fəallağı ilə müşayiət olunan parlament seçkiləri İraq tarixində vacib dönüş nöqtəsi olub. Obama deyib ki, “Əl-Qaidə” və digər terrorçu təşkilatların seçkini pozmaq cəhdlərinə baxmayaraq, proses uğurla baş tutub və “ölkənin gələcəyinin İraq xalqına məxsus olduğunu göstərib”.
+  -  Çap 
Yerləşdirilib: 10.03.10 | Baxılıb: 203

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •