9-cu və 11-ci sinif şagirdləri arasında keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir
Orta məktəblərin 9-cu və 11-ci sinif şagirdləri arasında keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir. Bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib. Bakı və Sumqayıtın ümumtəhsil məktəbləri arasında ötən bazar günü sınaq imtahanları keçirilib. “Əsasən də 9-cu sinif şagirdlərinin göstəriciləri bizi sevindirir”, - Mərdanov bildirib. Onun sözlərinə əsasən, 11-ci sinif şagirdləri ötən illə müqayisədə 7-8 faiz müsbət nəticə göstəriblər.
|